10 dəqiqəyə Data Science ("Vaxtım azdır" deyənlər üçün)
Disclaimer: Mobil cihazlardan və kompüterdən uzunmüddətli istifadə gözləriniz, əzələlərinin və onurğa sütununda üçün təhlükə yarada bilər. Odur ki, qeyd olunan tətbiqlərdən istifadə zamanı aşağıdakıları unutmayın:
Ekrana 40 dəqiqədən artıq fasiləsiz olaraq baxmayın. Arada minimum 10 dəqiqə fasilə verin.
İstifadə zamanı qamətinizin düz olmasına fikir verin. Əgər hərəkət etmək imkanınız varsa, fasilə zamanı gəzin və ya yüngül idman hərəkətləri edin.
Gözlərinizlə uzağa baxaraq onların görmə effektliyini bərpa edin. Uzun müddət ekrana baxmayın. Fasilə zamanı göz imanları edin.
Cihazın işığını ən aşağı səviyyədə saxlayın.
Çay və s. zərərsiz və müalicəvi otları dəyməyəcək gözlərinizi nəmləndirin və onları qorumaqdan qoruyun.
İşləmədiyiniz zamanlar hərəkətli fəaliyyət növlərinə üstünlük verin.
Yemək yeyərkən cihazları özünüzdən uzaqda saxlayın.
Ailənizlə və dostlarınızla yaxşı vaxt keçirmək üçün istirahət zamanı bu tip fəaliyyətləri kənara qoyun və o anı yaşayın.
Bu tətbiqlər sizi Data Scientist etməyəcək bunlar sadəcə bilik və bacarıqlarının gücləndirmək və vaxtı səmərəli keçirmək üçündür. Data Scence-i müəllimlərdən, kitablardan və onlayn kurslardan paralel şəkildə öyrənin. Unutmayın ki, heç bir şey kitabın yerini tuta bilməz.
Yaxşı bir mütəxəssis olmaq üçün ilk öncə sağlam bədənə və sağlam düşüncəyə sahib olmaq gərəkdir.
İş-güc, dərslər, gündəlik işlər vaxtımızın əhəmiyyətli hissəsini zəbt edir. Əhəmiyyətsiz hesab etdiyimiz hissəsini isə bəzən çox mənasız işlərə sərf edirik. 10 dəqiqə gözümüzə çox az görünür. O müddət ərzində nələr edə bilərik ki? Gəlin sözü çox da uzatmadan sizə başqa işlə məğul ola bilmədiyim qısa zaman fasilələrini dəyərləndirdiyim bəzi proqramlardan danışım.
Datacamp - Təkmilləşdirilmiş interet səhifəsi ilə bərabər həm də mobil tətbiqi olan Datacamp praktiki bilikləri inkişaf etdirmək üçün ideal vasitədir. Aylıq və ya illik ödəniş etməklə, internetin olduğu hər yerdə 10 dəqiqəsini ayırıb R, SQL və Python üzrə proqramlaşdırma biliklərinizi artıra bilərsiniz. Həmçinin qiymətləndirici imtahanlarda iştirak edib öz bilik səviyyənizi də qiymələndirərək bunu Linkedin platformasında yerləşdirə bilərsiniz. Rahat interfeys və əlverişli dizayna sahib bu tətbiq gözləmək məcburiyyətində qaldığınız yerlərdə vaxtınızın səmərəli keçməsinə də kömək edəcək. Ödənişli xidmətdən yararlanmadan öncə müntəzəm olaraq endirim kampaniyaları ilə maraqlanmağınız məsləhətdir.
Enki - Yuxarıda qeyd olunan proqramdan fərqli olaraq, bu tətbiqin ödənişsiz imkanları nisbətən daha genişdir. Proqram sizə müxtəlif mənbələrdən oxumağa imkan verən, hər mövzu üzrə yoxlayıcı suallar yerləşdirilmiş mobil tətbiqdir. Burada öyrənmək istədiyiniz cığırı seçərək, həmin mövzu üzrə lazımi tapşırıqları yerinə yetirərək irəliləyirsiniz. İnternet imkanının olduğu hər yerdə bu tətbiqdən rahat istifadə edə bilərsiniz. Bu proqramın əsas üstünlüyü isə həm də nəzəri cəhətdən öyrənmə imkanı yaratmasıdır. Sadəcə testlər deyil, oxuyacağını məqalələri də burada tapa bilirsiniz. Tətbiq sizə komanda yaradaraq dostlarınızla və ya tamailə tanımadığınız şəxslərlə bərabər öyrənmək imkanı verir.
Mimo - Sadəcə Python üçün nəzərdə tutulan bu tətbiq həm sadə, həm də əyləncəli interfeysə malikdir. Burada zaman keçirərkən oyun oynayırmış kimi hiss edəcək, eyni zamanda bu oyundan başqa oyunlarda olmayan yeni bacarıq əldə etmək həzzi alacaqsınız. Yuxarıdakı digər iki proqram kimi, burada da özünüzə hesab açıb, inkişaf dinamikanızı qeyd edəcək və özünüzü qiymətləndirəcəksiniz. Kiçik tapşırıqlar işləyərək ən asan mövzulardan çətinə doğru öyrənmək mümkündür. Üstəlik proqramın ödənişsiz imkanları çox genişdir. Bu proqramda, digər proqramlardan fərqli olaraq müxtəlif insanların Python proyektlərini nəzərdən keçirə, hətta onların funksiyalarını yoxlaya bilərsiniz. Bəyəndiyiniz proyektləri isə qiymətləndirərək, onların siyahıdakı yerini müəyyən edəcəksiniz. Burada öz proyektinizi də yerləşdirmək əla olar. Maksimalist yanaşmayın. Sadə proyektlər işlədikcə daha çətinliyini işləməyə həvəs mütləq yaranacaq.
APAS - özündə müxtəlif məsələlər və onların həllini cəmləşdirir. Müəyyən Python biliklərinə sahib olduqdan sonra, oradakı məsələləri həll edib, cavabları tutmuşdur bilərsiniz. Hesab açmağa ehtiyac yoxdur. Proqramdan sadəcə məsələləri oxumaq və həllərini görmək üçün istifadə edəcəksiniz. Bu sizə müxtəlif problemlər üzrə müstəqil həll yolları axtarıb tapma vərdişlərini inkişaf etdirməyə kömək edəcək. Tətbiq tamamilə ödənişsizdir.
Algorithms - ödənişli və ödənişsiz mövzuları olan bu mobil tətbiq sizə müxtəlif alqoritmlərin iş prinsiplərini vizual olaraq göstərəcək. Tərkibindəki məsələlər vasitəsilə kodlar halında qara ekranda gördüyünüz alqoritmlərin necə işlədiyini rəngli fiqurlarla kəşf edəcəksiniz. Bununla da yazdığınız kodların məntiqi riyazi əsasını başa düşəcəksiniz.
Math Riddles - Riyazi təfəkkür və məntiqin Data Scienctistlər üçün nə qədər önəmli olduğunu yəqin ki, hamımız bilirik. Yolda, istirahətdə, boş zamanlarımızda məntiqi gücləndirəcək beyin məşqləri etməkdə bu tətbiq köməyimizə gələcək. Qara üzərinə ağ yazılarla dizayn olunmuş tətbiq proqramlaşdırma öyrənən şəxslərin xoşuna gələcək.
World in Figures - "The Econonist" tərəfindən hazırlanaraq bu tətbiq xəbərlərə bir analitik gözü ilə baxmaq istəyənlərə tam uyğun hazırlanıb. Ödənişli və ödənişsiz bölmələri olan proqramda Siz müxtəlif illər ərzində, bir sıra göstəricilər üzrə ölkələrin sıralamasını, inkişafını görə bilərsiniz. Eyni zamanda tətbiqin viktorina bölməsində suallara cavab verərək Dünya görüşünüzü yoxlamaq və genişləndirmək imkanınız da olacaq. Artıq siz də siyasi, elmi və s. gündəmin müzakirə olunduğu söhbətlərə qoşularaq fikrinizi bir analitik kimi bildirəcəksiniz.
Əlavə tövsiyəm: Coursera, Udemy, Edx kimi onlayn tədris platformalarının mobil tətbiqlərinin telefonunuzun olması sizin üçün çox faydalı olar. Bu platformalarda videoların bir qismini telefonunuza yükləyə və yolda izləyə bilərsiniz.
Qeyd: Məqalədə məhsul yerləşdirməsi mövcud deyildir. TÖvsiyyə olunan proqramlar müəllif tərəfindən istifadə olunaraq bəyənilib : - )
Comments