MIT-in Komputer Elmləri dərsində ən çətinlik çəkdiyim suallardan biri
Hansı proqramlaşdırma dilində işləməyimizdən asılı olmayaraq Kompüter Elmləri və Data Science ixtisası üçün alqoritm qurmaq bacarığı önəmlidir. Çünki verilən tapşırığı bu bacarıq sayəsində yerinə yetirə bilirik.
Ona görə də bir müddətdir, Data Strukturları və Alqoritmlər mövzusu üzərində daha dərin araşdırma aparıb, öyrənməyə çalışıram. Və zaman-zaman qarşıma çıxan maraqlı mövzuları sizinlə də bölüşəcəyəm.
Hazırda "edX" platforması üzərindən izlədiyim "Introduction to Computer Science and Programming Using Python" kursunda qarşıma çıxan və ilk başlarda çətinlik çəkdiyim bir sualı sizin də diqqətinizə çatdırmaq istəyirəm (bu arada qeyd edim ki, kursu çox bəyəndim).
Kursda veriln tapşırıq belədir:
Elə bir funksiya hazırlayın ki, mətn ("string") formatında olan verilənin içində əlifba sırası ilə ardıcıl düzülmüş ən uzun hərflər sırasını çıxarsın. Məsələn, 'sdhcfnvbklmndkbxaxyzabcd' mətninin içindən "klmn" və "abcd" mətnlərini çıxarıb göstərə bilsin.
Əlavə olaraq bir tapşırıq da bizdən olsun:
2. Elə bir funksiya hazırlayın ki, mətn ("string") formatında olan verilənin içində təkrarlanan ən uzun hərflər sırasını çıxarsın. Məsələn, 'sssssfnvbbbbbncccxaabcd' mətninin içindən "sssss" və "bbbbb" mətnlərini çıxarıb göstərə bilsin.
Bu tapşırıqların həllini hələlik sizə həvalə edirik. Tam 1 həftə sonra biz öz həll yolumuzu səhifəmizdə bölüşəcəyik.
Hər kəsə uğurlar!!!
Commenti