top of page
Post: Blog2_Post
Writer's pictureSitara Aghasoy

Onlar bizdən qabaqdadırlar? (Tbilisi səyahəti, Data Fest Tbilisi 2021)

Həm gürcü, həm Azərbaycan mədəniyyətinə aid nümunələr görə biləcəyimiz, rəngli memarlığı, mehriban insanları, qədim küçələri, təmiz havası ilə təbiətlə tarixin vəhdət təşkil etdiyi və illərdir özəlliyini itirməyən, sadə, amma bir o qədər də maraqlı, biz azərbaycanlılar üçün Cümhuriyyətin elan olunması ilə yadda qalan və bizə "Əli və Nino" əsərini xatırladan (qeyd edim ki, "Əli və Nino" heykəl özü Batumidə yerləşir) şəhərdən bəhs etməyəcəm. Çünki bu bloqun mövzusu sırf DataFest Tbilisi 2021 tədbiridir. Tbilisinin özündən danışmaq üçün isə ayrıca 2 bloq yazmaq lazım gələ bilər. Qısaca onu deyə bilərəm ki, gedib görmək fikriniz varsa, təxirə salmayın, amma elə edin ki, dekabr ayına düşsün. Çünki həm Yeni il ərəfəsidir, həm Tbilisinin qışı Bakıdan daha mülayim keçir, həm də ki Data Fest tədbiri dekabr ayında baş tutur.

Data Fest nədir?

Öz veb-brauzerinizi açıb axtarış hissəsinə "DataFest" yazsanız, müxtəlif təşkilatlar tərəfindən, müxtəlif ölkələrdə keçirilən tədbirləri görə bilərsiniz. Bu tədbirlərin məqsədi data həvəskarları ilə data peşəkarlarını bir araya toplamaq və təcrübəli şəxslərin öz bilik və təcrübələrini bu sahəyə yeni addım atan şəxslərlə bölüşməsində vasitəçi olmaqdır. Bu cür tədbirlər sosial çevrə formalaşdırmaq, yeni alətlər və tətbiqlər öyrənmək, data texnologiyaları və süni intellektin inkişafını izləmək, yeni ideyalar formalaşdırmaq, komanda qurmaq, öyrənmək, paylaşmaq və əylənmək, həmçinin layihə çərçivəsində keçirilən müsabiqələrdə özünü sınamaq üçün yaxşı fürsətdir. Odur ki, ölkəmizdə və sərhəddən kənarda belə tədbirləri araşdırın və maksimum iştirak etməyə çalışın.


"Data Fest Tbilisi" tədbiri də 2017-ci ildən bəri hər il dekabr ayında keçirilən silsilə tədbirdir.



Niyə Tbilisi?

Çünki yaxındır. Bəli yaxın olmasının bir neçə üstünlüyü var:

  1. Daha az xərclə getmək mümkündür;

  2. Saat fərqi yoxdur və bizim kimi işləyən, oxuyan şəxslər üçün rejimin dəyişməməsi böyük üstünlükdür;

  3. Ən önəmlisi isə, texnologiya və data sahəsində qonşuları izləyib onların praktikalarını öyrənmək prosesin ölkəyə tətbiqində daha məqsədə uyğundur (təbii ki, data elmində digər inkişaf etmiş ölkələri də araşdırmalıyıq). Gürcüstanın əhalinisinin sosial və iqtisadi durumu da bizim əhali ilə nisbətən oxşardır.

 

Data Fest Tbilisi silsilə tədbirləri hər il dekabr ayında 3 gün olmaqla "on-site" yəni canlı olaraq keçirilir. Pandemiya ilə əlaqəli olaraq, "online" rejimə keçən tədbir, bu il ilk dəfı "hibrid" yəni, həm canlı, həm internet üzərindən, və ilk dəfə olaraq 5 günlük keçirildi.

Tədbirin hibrid olmasına baxmayaraq, bəzi təlimlər real praktika tələb etdiyi üçün canlı iştirak tələb edirdi. Pandemiya şəraiti ilə əlaqədar hər gün üçün sadəcə 70 nəfərin canlı iştirakı nəzərdə tutulmuşdu.

 
Necə iştirak etdik?

İştirak, həmçinin qonaqlama və gündəlik xərclər çalışdığımız müəssisə tərəfindən qarşılandı (uzun müddət izləyənlər bilir Azərbaycan Beynəlxalq Bankında çalışıram).


Öncəliklə, biz çoxdandır, iştirak etmək istədiyimiz tədbirlə bağlı rəhbərliyə məlumat verdik. Bu tədbirdə iştirakın bizim üçün, həqiqətən, zəruri olduğunu və müəssisə üçün yaradacağı əlavə dəyəri müraciətimizdə əsaslandırdıq.


Əlavə qeyd: Gürcüstan turistlər üçün PCR testi tələb etmirdi, sadəcə vaksin sertifikatı kifayət etdi. Əgər vaksin vurdurmaq fikriniz varsa, uçuşdan minimum 2 həftə qabaq olmalıdır. Bakıya qayıdarkən isə "Synevo" klinikasından PCR testi tələb olunur. Testi ancaq bu klinikada edin.


Bu dəfəki tədbir 4 əsas mövzu üzərində qurulmuşdu:

  1. Data aktivism və Şəffaf Dövlətlər ("Open Governments")

  2. Data Vizualizasiyası

  3. Data Elmi

  4. Biznes və startaplar

Sadalanan mövzular üzrə həm MDB məkanından, həm Avropa ölkələrindən, həm də ABŞ-dan mütəxəssislər çıxış etdilər. Təlim və seminarlar çox geniş olduğundan hamısı haqqında burada bəhs etməyəcəyəm, ancaq hər mövzu üzrə məni təsirləndirən bir neçə açar cümləni sizlərlə paylaşacağam.


Data aktivizm - Datanı qorumaq gərək.

Datanızı qorumaq istəyirsinizsə, spikerlərin aşağıdakı tövsiyələrini nəzərə ala bilərsiniz:

  1. "Meta" şirkətinə aid proqramlarla ehtiyatlı davranın, hətta mümkünsə istifadə etməyin, edirsinizsə, qarşı tərəf mesajları oxuduqdan sonra silin;

  2. Kodlarını açıq mənbə şəklində ("open-source") olaraq paylaşan brauzerlərə və proqramlara üstünlük verin. Tövsiyə olunanlar arasında "Firefox", "Chromium", "Brave" brauzerləri və "Signal" proqramı var;

  3. İstifadə etmədiyiniz hesabları bağlayın. İnternetdən alış-veriş etdiyiniz kartınızda çox pul saxlamayın;

  4. Data sizindir. Hüquqlarınız da. Bilməlisiniz ki, hətta dövlətin belə sizin datadan istifadəsi ilə bağlı hüquqi limitlər var. Təbii ki, bu ölkədən-ölkəyə dəyişir. ; - )


Data vizualizasiyası - Eşitdiyini görmədən inanma!


növbəti bloqda:



Data Elmi və təhlili - Tükənməyən sərvətdən səmərəli istifadə edək.





növbəti bloqda:






Süni zəka startapları - Nə qədər sünidir?

Təlimdə belə bir maraqlı fakt səsləndi:


Süni İntellekt startaplarının 40%-də süni zəkadan istifadə olunmur.


"Yaşıl eynəkli adam" televiziya tamaşasını bəziləriniz, yəqin ki, izləmisiniz. Orada televiziyanın bədii rəbərinin brek dansa və aerobikaya millilik qatmaqla bağlı maraqlı bir səhnəsi var. Bədii rəhbər istəyir ki, yayımlanan hər şeydə millilik olsun.


Cahangir ZeynalovTelman Adıgözəlovun ifasında olan səhnəni aşağıdakı keçiddən izləyə bilərsiniz:


Bugünki startaplarçıların hər şeyi Süni İntellektlə əlaqələndirmək istəməsi bir növ buna bənzəyir. Startaplar "təki içində AI olsun" məntiqi ilə yaranır.


"Pulsar AI" şirkətinin həmtəsisçisi Daçi Çoladze qeyd edir ki, biznes texnoloji innovasiya xətrinə yaranmamalıdır, müştərinin problemini həll etmək üçün qurulmalıdır. O özü də şirkəti yaradarkən buna fikir verib: mümkün ən sadə üsulla problemi həll etmək. Hansı üsulla həll olunması isə işin xırdalığıdır. Ən əlverişli üsul hansıdırsa, o da məqsədəuyğundur. Buna görə, Süni zəka və Data elmi bizneslərə lazım olduqda istifadə olunmalı, əlavə yük olmamalıdır. Şair demişkən, "kolorit də qaydasında yaxşıdır".



Digər iki mövzu haqqında məlumatlar daha uzun olduqdan onlar haqqında növbəti bloqda danışacağıq. Kimin daha qabaqda olduğu sualının cavabını da həmin bloqda araşdıracağıq.


Xudahafiz!


41 views0 comments

Recent Posts

See All

Bình luận


Digər

bottom of page