top of page
Post: Blog2_Post

Riyaziyyat öyrənənlər üçün həm əyləncəli, həm də öyrədici mənbələr

Riyaziyyat bir dildir. Qalileo Qalileyin təbirincə desək, Yaradanın kainatı yazdığı dildir. Və elə ona görə də çətindir. Nəzərə alsaq ki, biz insanlar bir-birimizin dilini çətin başa düşürük, kainatın yazıldığı dili başa düşmək üçün əsrlər sərf etməyimiz normaldır.

Kimi insanlara görə riyaziyyat bir kəşf, kimilərinə görə ixtiradır. Hətta onun yararlı olub-olmaması bəziləri üçün hələ də müzakirə məsələsidir:


Amma siz lazımlı olduğunu düşünənlərdənsinizsə, ələxsus Data Elmi üzrə çalışır və oxuyursunuzsa, o zaman özümün də sevərək izlədiyim bir sıra materialları bölüşmək istəyirəm.


  1. Crash Course - https://www.youtube.com/c/crashcourse - özündə siyasətdən fəlsəfəyə qədər bir çox sahəni əhatə edən bu kanalda statistika ilə bağlı videolar da yer alır.

  2. Numberphile - https://www.youtube.com/c/numberphile - riyaziyyatın əyləncəli tərəfini təcrübələr əsasında test edərək göstərən bir kanaldır. Əgər riyaziyyatdan başa düşmədiyiniz eoremlər varsa, bəzilərinin cavabını bu kanalda tapa bilərsiniz.

  3. Josh Starmer - https://www.youtube.com/c/joshstarmer - statistikanın məhz maşın öyrənməsi ilə əlaqəli tərəflərini öyrənə biləcəyiniz kanaldır.

  4. Şenol Hoca - https://www.youtube.com/c/senolhoca - riyaziyyat fənnini öz tərzində və sadə nümunələr üzərində izah edir.

  5. Khan Academy - https://www.youtube.com/c/khanacademy - kurs qeyri-kommersiya təşilatı olub, həm öz veb-səhifəsində, həm də "Youtube" üzərindən dərslər yayımlayır. Riyaziyyatı ibtidai səviyyədən ali səviyyəyə qədər öyrənə bilərsiniz.

  6. Cassie Kozyrkov - https://www.youtube.com/c/Kozyrkov/videos - statistikanı fərqli baxış açısından təhlil edən və izahını verən analitikin şəxsi bloq kanalıdır. Bu kanaldakı videolarla dərslərdə öyrəndiyiklərinizdən əlavə fərqli baxış bucaqlarını görə biləcəksiniz.

  7. Desmos - https://www.desmos.com/calculator?lang=en - funksiyaların vizual qrafiklərini özünüz yazaraq təcrübi şəkildə öyrənə bilərsiniz. Bu sizə yazı üzərində gördüyünüz riyaziyyatı görərək başa düşmək imkanı yaradacaq.

  8. Wolfram Alpha - https://www.wolframalpha.com/examples/ - cəbr və həndəsədə istifadə olunan ən əsas düsturları öyrənə biləcəyiniz ödənişsiz səhifədir.

  9. Scientific American - https://www.scientificamerican.com/ - elmi bloqların olduğu səhifədə riyaziyyat və statistikanı əhatə edən məqalələr oxuya bilərsiniz.

  10. Britannica - https://www.britannica.com/ - Məşhur "Britannica" ensiklopediyasının elektron versiyasıdır. Burada riyazi anlayışların fəlsəfi izahını, hətta tarixini araşdırıb öyrənə bilərsiniz.

  11. Stanford Library - https://library.stanford.edu/ - "Stanford" universitetinin onlayn kitabxanasıdır. Bloqlar və məqalələrlə zəngindir. Araşdırma apararkən "Britannica" ensiklopediyası ilə yanaşı bu mənbəyə də istinad edə bilərsiniz.

  12. Matematiksel - https://www.matematiksel.org/ - riyazi anlayışlar, təcrübələr, onların fəlsəfi izahı, alimlərin həyatından maraqlı hekayələr və müxtəlif nəzəriyyələrin necə yaranması ilə bağlı türk dilində maraqlı və axıcı bloqların paylaşılıdığı səhifədir. Səhifəni "Linkedin" platforması üzərindən də izləyə bilərsiniz.

  13. Akademik Link - https://www.youtube.com/c/istatistikveanaliz - SPSS ilə statistika, həmçinin ekonometrik təhlilərin aparılması, məqalələrin yazılmasə və akademik karyera ilə bağlı məsləhətlər ala biləcəyiniz səhifədir.

  14. Brandon Foltz - https://www.youtube.com/c/brandonfoltz - Statistikanı A-dan Z-yə öyrədən bu kanaldakı müxtəlif "playlist"-ləri nəzərdən keçirib sizə uyğun olanını seçərək ardıcıl şəkildə öyrənə bilərsiniz.

  15. Brilliant - https://brilliant.org/ - aylıq 4-6 dollar arası ödənişi olan səhifəni 1 həftə ödənişsiz istifadə etmək mümkündür. Səhifədə riyaziyyat, statistika, data analitikası, kompüter elmi ilə bağlı kurslar götürə bilərsiniz.

Həmçinin boş zamanlarınızı səmərəli keçirib, dünya görüşünüzü artıra biləcəyiniz 3 səhifəni də bonus olaraq sizə tövsiyə edirəm:

  1. Ted ed - https://www.ted.com/ - həm "Yotube" üzərindən, həm də öz səhifələrindən qeydiyyatdan keçərək, elmi izahlar, tarix və ədbiyyatla bağlı videolar, o cümlədən məntiqi tapmacalar da izləyə bilərsiniz.

  2. TRT Belgesel - https://www.youtube.com/c/trtbelgesel - əsasən tərix və təbiət elmlərini əhatə edən videolar izlyə biləcəyiniz kanaldır.

  3. BBC Ideas - https://www.youtube.com/c/bbcideas - müxtəlif anlayışların qısa izahını görə biləcəyiniz kanaldır.

Hər birinizə xoş izləmələr və yaxşı həftəsonu!

261 views0 comments

Recent Posts

See All

Comments


Digər

bottom of page