top of page

Necə başladı...

Universitetdə təhsil aldığım dönəmlərdə Azərbaycanca geniş yazılı məlumatların az olması diqqətimi çəkmişdi.  Xüsusilə də İqtisadiyyat və Riyaziyyat sahəsində bu cür məlumatlara çox ehtiyac duyurdum. Zaman keçdikcə dil biliklərimi təkmilləşdirib biliklərimi insanlarla paylaşmağa başladım. Mövzuları izah edərkən həm də onları bədiiləşdirməyi sevdiyimin də fərqinə vardım. Daha sonra bu işi bir az da genişləndirməyə qərar verdim. Hazırda məqsədim Azərbaycan və ingilis dillərində paralel olaraq bloqlar hazırlamaq, araşdırmalar aparmaq və yayımladığım məqalələrdə texniki biliklər ötürməklə yanaşı sosial məsələlərə də yer verməkdir. Eyni zamanda Azərbaycanın zəngin milli-mədəni irsini həm gələcək nəsillərə, həm də başqa ölkələrdə yaşayan izləyicilərə təqdim etmək arzusundayam. 

- Sitarə Ağasoy    

About: About
bottom of page